İyul 10, 2026-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimidir 

2026:07:10 - 17:00
in SOSİAL
A A

Dünyada dövlət rəhbərlərinə və siyasi liderlərə inamının azaldığı bir dövrdə Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimi kimi fərqlənir. Müxtəlif sahələrdə həyata keçirilən ardıcıl fəaliyyət, yüksək idarəetmə səriştəsi, məsuliyyət və etibarlılıq, eləcə də dürüstlük və ədalət prinsiplərinə sadiqlik onun rəhbərlik etdiyi dövlət idarəçiliyinin əsas xüsusiyyətləri kimi qiymətləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixində mühüm iz qoymuş siyasi şəxsiyyətlərdən biridir. Onun rəhbərliyi ilə əldə olunan nəticələr dövlətimizin başçısına olan yüksək ictimai etimadı, vətəndaşların həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlara verdiyi dəstəyi əks etdirir.

İqtisadi göstəricilər baxımından Azərbaycan son illərdə makroiqtisadi sabitliyi qoruyub saxlaya bilib. Xarici dövlət borcunun ÜDM-də payının aşağı səviyyədə olması, strateji valyuta ehtiyatlarının 90 milyard dollara çatması, eyni zamanda, sosial siyasətin ardıcıl şəkildə genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri sırasındadır.

“Azərbaycan təkcə torpaqlarını işğaldan azad etməklə kifayətlənməyib, həm də azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur, müasir infrastruktur qurulur, iqtisadi fəaliyyət bərpa edilir. Bununla yanaşı, ölkənin müdafiə qabiliyyəti daha da gücləndirilir, sosial-iqtisadi inkişafın davamlılığı təmin edilir.

Bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti dayanır. Bu baxımdan, vətəndaşların 93,6 faizinin dövlətimizin başçısının fəaliyyətini müsbət qiymətləndirməsi, 81,9 faizinin isə Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab etməsi son illərdə həyata keçirilən siyasətə verilən ictimai dəstəyin göstəricisi kimi dəyərləndirilə bilər”,- deyə A.Badamov vurğulayıb.

Prezident İlham Əliyev beynəlxalq aləmdə tanınan siyasətçilərdən biri olmaqla yanaşı, güclü liderlik keyfiyyətlərinə malik dövlət xadimidir. Azərbaycanın hərtərəfli inkişafı, iqtisadiyyatın davamlı yüksəlişi və ölkənin rəqabət qabiliyyətinin artırılması onun müəyyənləşdirdiyi əsas prioritet istiqamətlərdəndir.

“Bu gün Azərbaycanın artan iqtisadi, siyasi və hərbi gücü, eləcə də beynəlxalq nüfuzu ilə hesablaşırlar. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi regional və qlobal proseslərdə fəal iştirak edir, beynəlxalq müstəvidə öz mövqeyini inamla ifadə edir.

Müasir dünyada münaqişələrin və qarşıdurmaların artdığı bir şəraitdə Azərbaycanın sabitlik və təhlükəsizlik məkanı kimi tanınması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirilir. Ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və inkişaf mühiti dövlət siyasətinin ardıcıl həyata keçirilməsinin mühüm göstəricilərindən hesab olunur”,- deyə o əlavə edib.

 

Əvvəlki Yazı

Sabah 38 dərəcə isti olacaq

Növbəti Yazı

Əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarların mübahisələndirilməsi qaydası təsdiqlənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.