İyun 8, 2026-6:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı: qarşıda duran vəzifələr

2025:11:25 - 13:46
in SOSİAL
A A

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində tarixi çıxışı iclasın əsas müzakirə mövzusu olub. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev bildirib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycan elminin keçdiyi şərəfli yola obyektiv təhlil verilməklə yanaşı, elmimizin qarşısında durmuş strateji və prioritet istiqamətlər göstərilib.

“Azərbaycan Prezidenti tərəfindən xüsusi olaraq vurğulanan elm sahələrindən biri məhz tarix elmi oldu. Sözsüz ki, arxeologiya elmi də Azərbaycanın yazıya qədər və yazı dövrünün tarixinin öyrənilməsi ilə bağlıdır. Bu kontekstdə Prezident İlham Əliyevin çıxışında göstərilmiş prioritet elmi-tədqiqat hədəfləri arxeoloqlar və antropoloqlar qarşısında durmaqdadır. Bu tədbirimizdə Prezident İlham Əliyevin çıxışından irəli gələn mövzular üzrə fikirləriniz və təklifləriniz olduqca vacibdir”, – deyə Fərhad Quliyev bildirib.

İnstitutun elmi işlər üzrə direktor müavini dosent Zaur Həsənov, professorlar Hidayət Cəfərov, Qafar Cəbiyev, Əliağa Məmmədli, Nəcəf Müseyibli, Əsədulla Cəfərov və Vəfa Mahmudova, dosentlər Müzəffər Hüseynov, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev, dosentlər Bəxtiyar Cəlilov, Mikayıl Mustafayev, Bəhlul İbrahimli, Pərviz Qasımov və Taleh Əliyev, Həmkarlar Təşkilatının sədri Faiq Babayev və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov çıxış ediblər. Çıxışlarda Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubileyində tarixi çıxışında elmi tədqiqatların prioritet hədəflərinin müəyyən edilməsi və qarşıda qoyulan hədəflərə çatmaq üçün institutun elmi kollektivi qarşısında duran vəzifələrdən söz açılıb. Həmçinin bir sıra problemlərə toxunulub və onların aradan qaldırılması üçün mümkün tədbirlər barədə təkliflər verilib.

 

Əvvəlki Yazı

Azərbaycan və Özbəkistan arasında elm və innovasiyalar sahəsində inkişaf perspektivləri müzakirə edilib

Növbəti Yazı

Politico: Driscoll BƏƏ-yə Ukrayna ilə bağlı 28 deyil, 19 bəndlik plan təqdim edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.