Avqust 17, 2026-6:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın artan beynəlxalq rolunun təzahürüdür – ŞƏRH

2026:01:21 - 13:21
in İQTİSADİYYAT
A A

Davos İqtisadi Forumu dünyanın bir qayda olaraq müxtəlif ölkələrindən siyasi liderlərini, aparıcı biznes nümayəndələrini, ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Forumun keçirilməsində əsas məqsəd növbəti illər üçün iqtisadi perspektivləri, çağırışları və tendensiyaları müzakirə etmək, bununla bağlı mexanizmlər formalaşdırmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin Davosa səfəri və Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın artan beynəlxalq rolunun və strateji baxışının parlaq təzahürüdür.

“Azərbaycan bu gün qlobal çağırışlara realist yanaşma nümayiş etdirən və regional sabitliyə töhfə verən mövqeyi ilə seçilir. Davos İqtisadi Forumunun iqtisadi güc və investisiya cəlbediciliyini nəzərə alsaq ölkəmizə geniş fürsətlər pəncərəsinin açılmasının şahidi oluruq. İllərdir düşünülmüş strateji yanaşmalar nəticəsində Azərbaycan kifayət qədər ciddi enerji və nəqliyyat – logistika şəbəkəsi formalaşdırıb. Eyni zamanda, əlverişli investisiya mühiti və geniş imkanlar investorlar üçün ciddi perspektivlər vəd edir”, – deyə G.Ağamalı vurğulayıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev Forum çərçivəsində ilk gündən etibarən kifayət qədər geniş və məhsuldar görüşlər keçirir. Bu görüşlər ölkəmizin iqtisadi-ticari əlaqələrini genişləndirməsi baxımından strateji əhəmiyyətə malikdir. Bütün bunlar həm də Azərbaycanın dünya iqtisadiyyatında etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyinin göstəricisidir.

Əvvəlki Yazı

Azərbaycanın Davos Forumunda təmsil olunması milli rəqəmsal iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırır – ŞƏRH

Növbəti Yazı

Hər hansı hərbi əməliyyat neftin qiymətini 70 dollara qədər artıra bilər – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.