Aprel 25, 2026-7:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın regional liderliyini möhkəmləndirir- ŞƏRH

2026:03:02 - 15:28
in SİYASƏT, MƏDƏNİYYƏT
A A

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət son illər həm regional, həm də qlobal müstəvidə Azərbaycanın mövqeyinin güclənməsi ilə müşayiət olunur. Onun siyasəti uzaqgörənlik, praqmatizm və milli maraqlara əsaslanan strateji yanaşma ilə xarakterizə edilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni siyasi reallıq formalaşıb. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl addımlar atır, bölgədə əməkdaşlıq platformalarının yaradılmasını, kommunikasiyaların açılmasını və iqtisadi inteqrasiyanın dərinləşdirilməsini prioritet kimi müəyyən edib. Bu yanaşma Azərbaycanın açar dövlətə çevrilməsini şərtləndirib.

“Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirib. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində reallaşdırılan iri infrastruktur təşəbbüsləri Azərbaycanın etibarlı enerji təchizatçısı imicini möhkəmləndirib. Bir çox dövlət üçün həyati əhəmiyyət daşıyan enerji layihələri ölkəmizin beynəlxalq nüfuzunu artırıb və strateji tərəfdaşlıq əlaqələrini genişləndirib”,- deyə deputat bildirib.

Yeni dünya düzənində Azərbaycan sülhü təşviq edən dövlət kimi çıxış edir

Azərbaycanın coğrafi mövqeyinin Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynadığını deyən A.Allahverənovun sözlərinə görə, bu baxımdan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Orta Dəhliz və digər logistika layihələri ölkənin qlobal ticarət zəncirində rolunu artırır. Reallaşdırılan beynəlxalq logistika layihələri müasir çağırışlara cavab verən siyasi strategiyanın tərkib hissəsidir. “Son illər Azərbaycanda müxtəlif sahələr üzrə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ölkənin artan rolunun göstəricisidir. Azərbaycan artıq etibarlı tərəfdaş kimi qəbul olunur və beynəlxalq arenada söz sahibi kimi çıxış edir. Bu isə ölkəyə olan etimadın daha da möhkəmlənməsinə səbəb olur.

Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr və geosiyasi gərginliklər yeni dünya düzəninin formalaşdığını göstərir. Belə bir şəraitdə Azərbaycan sülhü, əməkdaşlığı və qarşılıqlı faydalı tərəfdaşlığı təşviq edən dövlət kimi çıxış edir. Rəsmi Bakı regional sabitliyin qorunmasını və uzunmüddətli sülhün təmin olunmasını əsas prioritet hesab edir.

Bütün qeyd olunan amillər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın regional liderliyini möhkəmləndirir, ölkəni beynəlxalq layihələrin mərkəzinə çevirir və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu siyasət həm milli maraqlara xidmət edir, həm də Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün real zəmin yaradır”.

Əvvəlki Yazı

Azərbaycan turizmi regiondakı gərginlik fonunda itkilərini hesablayır

Növbəti Yazı

İlqar Hacıyevə hökm oxunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.