Avqust 19, 2026-5:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın inkişaf xəritəsinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir ŞƏRH

2026:01:15 - 11:29
in SİYASƏT
A A

Bakı və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə bir daha göstərdi ki, ölkəmizdə su təhlükəsizliyi məsələsi strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Azərbaycanın gələcək onilliklər üçün dayanıqlı inkişaf xəritəsinin müəyyənləşdirilməsi baxımından da son dərəcə mühüm hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, son 20 ildə həyata keçirilən infrastruktur layihələri nəticəsində Azərbaycan enerji, qazlaşdırma, yol, elektrik və digər əsas sahələrdə fundamental problemləri arxada qoyub. Bu gün növbə su təsərrüfatı sisteminin köklü və kompleks şəkildə yenilənməsinə çatıb. Bakı və Abşeron yarımadası ölkənin ən sıx məskunlaşmış, iqtisadi və sosial həyatın mərkəzi olan əraziləridir. Burada su təchizatının, kanalizasiya sisteminin və yağış sularının idarə olunmasının müasir tələblərə uyğun qurulması birbaşa insanların həyat keyfiyyətinə, şəhər mədəniyyətinə və ekoloji təhlükəsizliyə xidmət edir.

Deputat qeyd edib ki, əhalinin artımı, sənayenin genişlənməsi, iqlim dəyişiklikləri fonunda su resurslarının qorunması və səmərəli istifadəsi artıq milli təhlükəsizlik məsələsinə çevrilir. Proqram çərçivəsində itkilərin 40–45 faizdən kəskin şəkildə aşağı salınması, fasiləsiz içməli su ilə təminatın 70 faizdən 95 faizə qaldırılması, kanalizasiya xidmətlərinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması konkret və ölçülə bilən hədəflərdir. Sözügedən proqram real nəticələrə hesablanıb.

Yağış sularının idarə olunması ilə bağlı problemlər Bakının gündəlik həyatında hər bir vətəndaşı narahat edən mövzudur. Leysan yağışları zamanı yaranan nəqliyyat iflici, sosial və iqtisadi çətinliklər artıq sistemli şəkildə həllini tapmalıdır. 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması şəhərin infrastruktur təhlükəsizliyinə ciddi töhfə verəcək. Eyni zamanda, dənizə buraxılan suların 100 faiz təmizlənməsi Xəzər dənizinin qorunması baxımından prinsipial əhəmiyyət daşıyır və bu, ölkəmizin ekoloji məsuliyyətinin göstəricisidir.

“Proqramın başqa bir önəmli tərəfi isə şəffaflıq və ictimai nəzarət məsələsidir. Prezident İlham Əliyevin açıq şəkildə bildirdiyi kimi, bütün proses mətbuatda işıqlandırılmalı, vətəndaşlar hansı layihənin nə vaxt icra edildiyini bilməlidirlər. Yanaşma dövlət-vətəndaş münasibətlərində etimadı daha da möhkəmləndirir və görülən işlərin real nəticələrini cəmiyyətə göstərir”, – deyə G.Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, Bakı şəhəri və Abşeron yarımadası üçün nəzərdə tutulan Dövlət Proqramı gələcək nəsillərə daha sağlam, daha təhlükəsiz və daha yaşana bilən şəhər mühiti miras qoymaq məqsədi daşıyır. Proqram insanın həyat keyfiyyəti, ekologiya, şəhər mədəniyyəti və dövlətin vətəndaş qarşısındakı məsuliyyətinin təzahürüdür.

Əvvəlki Yazı

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Növbəti Yazı

Azərbaycan regionda dayanıqlı şəhər inkişafı modelini formalaşdıran ölkələrdən birinə çevrilir- ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.