İyun 20, 2026-22:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin siyasi xəttində iqtisadiyyat ən prioritet sahələrdəndir

2026:06:19 - 17:34
in SİYASƏT
A A

Son illər Azərbaycanın irimiqyaslı qlobal layihələrə ev sahibliyi etməsi ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq müstəvidə möhkəmlənən mövqeyinin bariz göstəricisidir. İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasiminin Bakıda keçirilməsi də bu uğurlu inkişaf xəttinin növbəti təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, yüksəksəviyyəli dövlət rəsmilərinin, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirlərinin, regional maliyyə institutları rəhbərlərinin, eləcə də özəl sektor nümayəndələrinin iştirak etdiyi bu mötəbər tədbirdə əsas hədəf “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu olub. Toplantı çərçivəsində quruma üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, sahibkarlıq subyektlərinin və kiçik və orta biznesin (KOB) dəstəklənməsi, eləcə də innovasiyayönümlü inkişafın təşviqi istiqamətində mühüm dialoqlar aparılıb.

Toplantıda bir sıra prioritet istiqamətlər əsas götürülüb. Məsələn, “Azərbaycanın investisiya görünüşü” adlı sessiyada xüsusi qeyd edilib ki, respublikamız investorlara güclü fiskal göstəricilərə və ağlabatan iqtisadi siyasətə əsaslanan sabit, dayanıqlı mühit təklif edir. Ölkənin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsulu (ÜDM) üstələməsi makroiqtisadi sabitliyimizi daha da möhkəmləndirən əsas resursdur.

“Tədbir çərçivəsində Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində saxlaması, qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən olan halal iqtisadiyyat subyektlərinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqinə yönəlmiş islahatlar geniş müzakirə obyekti olub. Çıxış edənlər ölkəmizin davamlı və inklüziv artımı gücləndirməyə yönəlmiş iddialı islahatlar həyata keçirdiyini xüsusi vurğulayıblar. Azərbaycan cari dövrü əhatə edən “Davamlı Maliyyə üzrə Yol Xəritəsi”nin tətbiqində və milli maliyyə axınlarını ətraf mühit, eləcə də sosial prioritetlərlə uyğunlaşdırmaq üçün möhkəm təməl yaradan “Milli Yaşıl Taksonomiya” kimi əsas alətlərin hazırlanmasında əhəmiyyətli irəliləyişlər əldə edib”, – deyə K.Əliyeva vurğulayıb.

Professor əlavə edib ki, Prezident İlham Əliyev tədbirdə çıxışında Bakının bu tədbirə artıq ikinci dəfə ev sahibliyi etdiyini xatırladaraq, bunun İİB ilə sıx tərəfdaşlığımızın, əməkdaşlığımızın və birgə fəaliyyətimizin miqyasını aydın şəkildə nümayiş etdirdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, əvvəlki İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılması istiqamətində həyata keçirilən islahatlara güclü təkan vermişdi. O vaxtdan etibarən regionda və dünyada ciddi geosiyasi və iqtisadi dəyişikliklər baş versə də, bu müddət ərzində dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı olub.

Bu baxımdan da İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakı şəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu cür platformalar ölkəmizin regional tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, respublikamızın iqtisadi və investisiya potensialının dünyaya tanıdılmasına müsbət töhfə verir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın iqtisadi-siyasi çəkisi misilsiz dərəcədə artıb və dövlət başçımızın siyasi xəttində iqtisadi yüksəliş prioritetlərdən biri olaraq qalmaqdadır.

Əvvəlki Yazı

Ekspert Lemisi memorandumu ABŞ-ın İrana təslim olması adlandırdı

Növbəti Yazı

İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə bir gündə 150 ​​zərbə endirdiyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.