May 15, 2026-12:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar, regionda formalaşan yeni reallıqlar

2026:05:14 - 16:27
in SİYASƏT
A A

Mayın 14-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, beyin mərkəzlərinin nümayəndələri, ali təhsil müəssisələrinin təmsilçiləri, eləcə də yerli politoloqlar və ekspertlər iştirak ediblər.

Dəyirmi masanın əsas məqsədi Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi tezislərin regional və beynəlxalq proseslər fonunda siyasi mahiyyətini təhlil etmək, həmçinin akademik, ekspert və media çevrələri arasında koordinasiyanı gücləndirmək olub.

BMTM-in şöbə müdiri Mətin Məmmədli Azərbaycanın regionda sülh reallığı yaratması, xüsusilə Vaşinqton sammitindən sonra normallaşma prosesində yaranan müsbət dinamika barədə təqdimatla çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin Zəngilandakı çıxışı Azərbaycanın regional siyasətinin əsas prioritetlərini və yeni geosiyasi reallıqları əks etdirən mühüm strateji tezislərlə zəngindir.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajların Azərbaycanın daxili və xarici siyasət prioritetlərini müəyyən edən mühüm strateji konsepsiya xarakteri daşıdığını vurğulayıb.

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev Prezidentin Zəngilanda səsləndirdiyi mesajların beynəlxalq münasibətlər sistemi və regional təhlükəsizlik mühiti baxımından mühüm siyasi məzmun daşıdığını qeyd edib.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinin hələ də aktual olaraq qaldığını deyən Cavid Vəliyev bildirib ki, Ankara bu prosesdə Azərbaycanın maraqlarını ön planda tutur.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə regionda müşahidə olunan yeni siyasi dinamikanı təhlil edərək bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər Azərbaycanın regional liderlik mövqeyini bir daha nümayiş etdirib.

BMTM-in şöbə müdiri Vasif Hüseynov çıxışında 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və “regional ownership” konsepsiyasının aktuallaşması məsələsinə toxunub. O bildirib ki, müharibənin nəticələri region dövlətlərinin öz bölgələrinin əsas aktorları kimi çıxış etməsi üçün yeni imkanlar yaradıb.

Bakı Politoloqlar Qrupunun sədri Zaur Məmmədov postmünaqişə dövründə beynəlxalq aktorların regiona münasibəti, qlobal güclər arasında rəqabətin Cənubi Qafqaza təsiri və dəyişən regional güc balansının gələcək proseslərə mümkün təsirləri barədə fikirlərini iştirakçılarla bölüşüb.

Dəyirmi masa daha sonra qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam etdirilib.

Milli Məclisin deputatları Tural Gəncəliyev, Zaur Şükürov, Vüqar Bayramov, Elçin Mirzəbəyli, həmçinin Fikrət Sadıxov, Xatirə Mehdiyeva və Ülviyyə Zülfiqar mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Əvvəlki Yazı

Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib

Növbəti Yazı

Azərbaycanda iki yeni elmi institut yaradıldı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.