May 23, 2026-3:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Professor Nadir Məmmədli Almatıda “Dədə Qorqud” eposundakı köçəri həyat tərzindən danışıb

2026:05:22 - 13:52
in SOSİAL
A A

Qazaxıstanın Almatı şəhərində “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda beynəlxalq simpozium keçirilir. Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərindən alimlərin, tədqiqatçıların iştirak etdikləri simpoziumda türkologiya elminin aktual problemləri, ortaq əlifba məsələləri, Türk dünyasının humanitar əməkdaşlığı və perspektivləri ətrafında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov “Azərbaycan və Türk dünyasında “Dədə Qorqud” araşdırmalarının perspektivləri” mövzusunda çıxış edib.

Sonra AMEA Nəsimi adına Dilçilik institutunun direktoru professor Nadir Məmmədlinin “Dədə Qorqud” eposunda köçəri həyat tərzinin epik təzahürləri” mövzusunda məruzəsi dinlənilib. Nadir Məmmədli “Dədə Qorqud” eposunda köçəri həyat tərzinin təsvirlərini və bu həyat tərzinin türk xalqının mədəni və sosial həyatına təsirini təhlil edib. Alim eposdakı qəhrəmanların gündəlik yaşam, müharibə, ov və ailə münasibətləri vasitəsilə köçəri mədəniyyətin epik təzahürlərini göstərdiyini vurğulayıb.

Məruzəçi, həmçinin Dədə Qorqud araşdırmalarında epik motivlərin və köçəri həyat anlayışının müasir Türk dünyasında ədəbiyyat və folklor tədqiqatları üçün əhəmiyyətini qeyd edib. Həmçinin kollektiv yaddaş və kimlik, dini və mifoloji qat, məkan və zaman anlayışı çıxışda izah olunub.

Tədbirin sonunda iştirakçılar Nadir Məmmədlinin təqdim etdiyi analiz və nümunələr ətrafında müzakirələr aparıblar.

Simpozium Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu, Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Əvvəlki Yazı

Muxtar Babayev: Hava çirklənməsi trilyonlarla dollar iqtisadi itkiyə səbəb olur

Növbəti Yazı

The Express Tribune: Pakistan strateji neft ehtiyatları yaratmaq qərarına gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.