İyul 11, 2026-0:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Professor: Prezident İlham Əliyev Türk dünyasının irsinə böyük diqqət və ehtiramla yanaşır

2026:07:02 - 13:55
in SİYASƏT
A A

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlərin təşkili ölkəmizdə Türk dünyasının ortaq elmi-mədəni irsinə göstərilən yüksək diqqətin və dövlət səviyyəsində verilən strateji önəmin növbəti təzahürüdür.

Bu sözləri AZƏRTAC– a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O qeyd edib ki, dövlətimizin başçısı hər zaman türk dövlətlərinin və türkdilli xalqların birliyi və inteqrasiyası yolunda müstəsna xidmətlər göstərib. “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” söyləyən Prezident İlham Əliyev gördüyü real işlər bu ifadəni təsdiqləyir.

“Bu günlər Azərbaycanda bütün Türk dünyası üçün əlamətdar bir hadisə yaşanır. Əsası 100 il əvvəl Bakıda qoyulmuş böyük bir ideyanın – mənəvi birlik, ortaq dil və mədəniyyət ideyalarının bir əsrlik tarixi qeyd olunur. Tarixi sınaqlardan keçmiş bu ideyaların müasir dövrdə yenidən aktual məsələ kimi ön plana çəkilməsi təsadüfi deyil.

Türkdilli xalqlar arasında ortaq əlifba və dil məsələlərinin həlli mənəvi birliyimizin möhkəmlənməsinə böyük töhfə verəcək. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər Bakı ilə yanaşı, Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam etdirilir.

İşğaldan azad edilmiş torpaqlarımızda tarixi, mədəni və dini abidələrimizin bərpa olunması bütövlükdə Türk dünyasının mədəni irsinin yenidən dirçəlməsi anlamına gəlir. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər Türk dünyasının tarixində əlamətdar bir hadisə kimi qalacaq və gələcək nəsillərin bu irsi yaşatması və inkişaf etdirməsi üçün böyük örnək olacaq”,- deyə K. Əliyeva vurğulayıb.

Əvvəlki Yazı

Ortaq əlifba: Türk dünyasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı 

Növbəti Yazı

Azərbaycanla Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.