Bugün Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilib.
Yurd.Media TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin AZAL-ın təyyarəsinin qəzaya uğraması məsələsindən söz açıb. Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb. Rusiya lideri digər məsələlərlə yanaşı, aviasiya qəzasını Ukraynaya məxsus PUA-nın səmada olması ilə əlaqələndirib.
“Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb”, – Putin bildirib.
