Rusiya öz nüvə potensialını inkişaf etdirərkən əvvəllər dediyi kimi hərəkət edir. Ölkə heç kim üçün təhlükə yaratmır, Rusiya prezidenti Vladimir Putin Kremldə “Burevestnik” və “Poseydon” raketlərini hazırlayanların mükafatlandırılması mərasimində vurğulayıb.
“Ölkəmiz heç kimə təhlükə yaratmır. Bütün digər nüvə dövlətləri kimi Rusiya da nüvə potensialını inkişaf etdirir, strateji potensialını inkişaf etdirir”, – dövlət başçısı bildirib.
“Hazırda danışdığımız hər şey uzun müddətdir elan edilmiş işdir”, – Putin vurğulayıb.
