Avqust 4, 2026-6:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qəbul imtahanında maksimum nəticə göstərən abituriyent: Hazırlıq dövründə çətinliklə qarşılaşsam da, yolumdan dönmədim

2026:07:31 - 10:32
in SOSİAL
A A

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin məzunu Nihad Abduzadədir.

Abituriyent AZƏRTAC-a müsahibəsində bildirib ki, uğurunun əsasında məqsədyönlü hazırlıq, nizam-intizam və ailəsinin dəstəyi dayanır.

“Qəbul imtahanına ciddi və məqsədli şəkildə hazırlaşmışam. Qarşıma konkret hədəf qoymuşdum və ona çatmaq üçün bütün gücümlə çalışırdım. Hazırlıq dövründə bəzən çətinliklərlə qarşılaşsam da, məqsədimdən geri çəkilmədim. Düşünürəm ki, uğur əldə etmək üçün ilk növbədə insan nə istədiyini dəqiq bilməli və həmin məqsəd uğrunda əzmlə çalışmalıdır”, – deyə müsahibimiz qeyd edib.

Nihad Abduzadə əlavə edib ki, məktəb illərində riyaziyyat və biologiya fənlərinə xüsusi maraq göstərib. Bu fənlərə olan sevgisi onun gələcək peşə seçiminə də təsir edib. Hazırlıq prosesində ən böyük dəstəyi ailəsindən, xüsusilə də biologiya müəllimi olan anasından görüb: “Biologiya müəllimim anam olub. O, təkcə müəllim kimi deyil, həm də valideyn kimi hər zaman yanımda olub. Qarşılaşdığım hər bir çətinlikdə mənə dəstək göstərib, motivasiyamı artırıb. Bu nəticənin əldə olunmasında anamın əməyi çox böyükdür”.

Yüksək nəticə göstərən abituriyent tibb sahəsində təhsil almağı və peşəkar həkim kimi formalaşmağı qarşısına məqsəd qoyub. Həkimlik peşəsinə marağı uşaqlıq illərindən yaranıb. O, əldə edəcəyi bilik və bacarıqlarla insanların sağlamlığının qorunmasına töhfə verməyi, savadlı mütəxəssis kimi vətəninə xidmət etməyi hədəfləyir. Yüksək nəticənin təsadüfi olmadığını deyən Nihad Abduzadə uğurun əsas şərtləri kimi məqsədyönlülük, əzmkarlıq və davamlı zəhməti önə çəkir. Onun fikrincə, qarşıya qoyulan hədəfə inamla irəliləmək və çətinliklər qarşısında ruhdan düşməmək istənilən nəticəyə çatmaqda mühüm rol oynayır.

Qeyd edək ki, Nihad Abduzadə buraxılış imtahanında 294,2, qəbul imtahanında isə 400 bal toplayaraq ümumilikdə 694,2 bal ilə yüksək nəticə göstərən abituriyent sırasında yer alıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

Növbəti Yazı

Medvedçuk: Zelenski avropalılardan Trampa şikayət etmək üçün ABŞ-a səfər edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.