Aprel 25, 2026-8:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Qəlblərin harmoniyası–6” festivalı gənc istedadları bir araya gətirəcək

2026:04:24 - 16:28
in MƏDƏNİYYƏT
A A

Davud Qədiroğlunun təşkilatçılığı və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə aprelin 25-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası–6” adlı ənənəvi rəqs və gimnastika festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival Beynəlxalq Rəqs Gününə həsr olunub.

“Qəlblərin harmoniyası” rəqs və gimnastika festivalının əsas məqsədi unudulmaqda olan Azərbaycan milli rəqslərini, eləcə də dünya rəqslərini uşaq və gənclər arasında tanıtmaq, milli-mədəni irsin qorunmasına və təbliğinə töhfə verməkdir. Eyni zamanda festival, mədəni və sosial müxtəlifliyə baxmayaraq, rəqsin insanlar arasında emosional özünüifadə, ünsiyyət və birlik vasitəsi olduğuna diqqət çəkməyi hədəfləyir.

Festival çərçivəsində uşaqlar, yeniyetmələr və gənclər Azərbaycan milli və dünya rəqsləri, həmçinin gimnastik çıxışlarla səhnəyə çıxaraq öz istedadlarını nümayiş etdirəcəklər. Tədbir gənc nəslin yaradıcılıq potensialının inkişafına, estetik zövqünün formalaşmasına və mədəni dəyərlərə bağlılığının güclənməsinə xidmət edir.

“Qəlblərin harmoniyası–6” festivalı çərçivəsində iştirakçıların çıxışlarını Xalq artisti Tamilla Eldarova, Əməkdar artistlər Etibar Zeynalov və Zemfira Həsənova, rəqqas-pedaqoqlar Səbinə Zəkriyyayeva və Nərgiz Əbilova, həmçinin ritm ifaçısı-pedaqoq Cəfər Həsənov qiymətləndirəcəklər.

Əvvəlki Yazı

Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib

Növbəti Yazı

Bağçalara müdir vəzifəsi ilə bağlı müsabiqənin nəticələri açıqlandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.