İyun 28, 2026-11:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qərbi Azərbaycan İcmasının üzvləri İrəvan Qazılığının ofisini ziyarət ediblər

2026:02:17 - 10:41
in SOSİAL
A A

Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İrəvan Qazılığının fəaliyyəti üçün ayrılmış ofisi ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə ofisin şəraiti, inzibati struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İrəvan Qazılığı tarixi ənənələrə əsaslanan dini-institusional qurum kimi Qərbi Azərbaycan mənşəli soydaşlarımızın dini-mənəvi irsinin araşdırılması, sənədləşdirilməsi və təbliği istiqamətində sistemli iş aparır.

Görüş zamanı İcma rəhbərliyi Qazılığın fəaliyyəti, arxiv sənədlərinin toplanması, tarixi mənbələrin tədqiqi, eləcə də İrəvan mahalı və ümumilikdə Qərbi Azərbaycanda mövcud olmuş dini abidələrə dair materialların sistemləşdirilməsi prosesi ilə yaxından tanış olub. Qeyd olunub ki, deportasiyalar nəticəsində fəaliyyətini dayandırmış dini idarəçilik ənənələrinin elmi əsaslarla bərpası və ictimaiyyətə təqdim olunması prioritet istiqamətlərdəndir.

İrəvan qazısı Bəxtiyar Nəcəfov görülən işlər, hazırlanmaqda olan elmi nəşrlər və arxiv materialları əsasında aparılan tədqiqatlar barədə məlumat verib. O bildirib ki, əsas məqsəd İrəvan Qazılığının tarixi irsinin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.

Nümayəndə heyəti İrəvan Qazılığının fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın vacibliyini qeyd edib. Bildirilib ki, dini-mənəvi irsin qorunması Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə təqdim olunmasında mühüm rol oynayır.

Əvvəlki Yazı

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Növbəti Yazı

Azərbaycan kartof ixracını kəskin artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.