İyun 4, 2026-21:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qərbi Azərbaycana qayıdış ideyası regionda davamlı sülhün qurulmasına xidmət edir

2026:06:04 - 11:39
in SİYASƏT
A A

Qərbi Azərbaycana qayıdış məsələsi son illərdə Azərbaycanın siyasi gündəliyində xüsusi yer tutan, tarixi ədalətin bərpası və fundamental insan hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdən biridir. Bu mövzu hər hansı ərazi iddiası deyil, müxtəlif dövrlərdə öz doğma yurdlarından məcburi şəkildə çıxarılmış yüz minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarına təhlükəsiz, ləyaqətli və sülh şəraitində qayıtmaq hüququ ilə bağlıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın qayıdış hüququ beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Dövlət başçısının qətiyyətli mövqeyi bu məsələnin milli yaddaşın qorunması ilə yanaşı, beynəlxalq insan hüquqları müstəvisində də ardıcıl şəkildə gündəmdə saxlanılmasına xidmət edir. Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, Qərbi Azərbaycan icmasının hüquqları beynəlxalq platformalarda müdafiə olunmalı və bu insanların öz tarixi yurdlarına qayıtmaq hüququ tanınmalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, tarixi faktlar göstərir ki, XIX əsrdən başlayaraq müxtəlif mərhələlərdə, xüsusilə də XX əsrin ortaları və sonlarında Ermənistanda yaşayan azərbaycanlı əhali sistemli deportasiya və etnik təmizləmə siyasətinə məruz qalıb: “Nəticədə yüz minlərlə insan öz doğma evlərini, əmlakını və əsrlərlə yaşadığı yaşayış məntəqələrini tərk etməyə məcbur olub. Bu proses təkcə insanların məskunlaşma hüququnun deyil, həm də onların mədəni irs, mülkiyyət və ailə həyatına dair hüquqlarının pozulması ilə müşayiət olunub”.

Deputat vurğulayıb ki, beynəlxalq hüquq normaları hər bir insanın öz vətəninə qayıtmaq hüququnu tanıyır. BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq sənədlər insanların doğulduqları və ya qanuni şəkildə yaşadıqları ərazilərə qayıtmaq hüququnun təmin edilməsini nəzərdə tutur. Bu baxımdan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın qayıdış tələbi beynəlxalq hüququn fundamental prinsiplərinə tam uyğundur. O qeyd edib ki, Azərbaycanın bu məsələdə mövqeyi sülhə, dialoqa və beynəlxalq hüquqa əsaslanır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, qayıdış prosesi qarşıdurma və ya revanşizm deyil, insan hüquqlarının bərpasına yönəlmiş hüquqi və humanitar təşəbbüsdür. Məqsəd Qərbi azərbaycanlıların öz doğma yurdlarını ziyarət etmək, mədəni və dini irslərini qorumaq, eləcə də təhlükəsiz şəraitdə yaşamaq hüquqlarının təmin edilməsidir. Bu gün Qərbi Azərbaycan məsələsi təkcə tarixi yaddaşın deyil, həm də regional barışıq və uzunmüddətli sülhün mühüm komponentlərindən biri kimi qiymətləndirilir.

“Soydaşlarımızın doğulduqları torpaqlara qayıtmaq arzusu onların ən təbii və qanuni haqqıdır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu hüququn beynəlxalq müstəvidə müdafiəsini ardıcıl şəkildə davam etdirir və tarixi ədalətin bərpası istiqamətində siyasi-diplomatik səylərini gücləndirir. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıdış ideyası, mahiyyət etibarilə, beynəlxalq hüququn aliliyinə, insan hüquqlarına hörmətə və regionda davamlı sülhün qurulmasına xidmət edən bir yanaşmadır. Bu məsələnin həlli həm deportasiya edilmiş insanların hüquqlarının bərpası, həm də Cənubi Qafqazda etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə T.Mirkişili əlavə edib.

Əvvəlki Yazı

Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” konfransı keçirilib

Növbəti Yazı

Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.