Qaqauziya qubernatorunun müavini İlya Uzun Moldova prezidenti Maya Sandudan bölgə lideri Yevgeniya Qutsulu həbsdən azad etməyi və istefa verməyi tələb edib. O, bu açıqlamanı Sandunun qohumları ilə bağlı korrupsiya qalmaqalı və sonradan Baş nazir Aleksandru Muntyanunun istefası ilə əlaqədar bölgənin televiziya kanalında video müraciətində verib.
Uzun bəyan etdi: “Xanım Prezident, bu gün ölkəmiz üçün edə biləcəyiniz ən yaxşı şey Yevgeniya Qutsulu azad etmək və ondan, ailəsindən, uşaqlarından, bütün Qaqauz xalqından və bütün Moldova Respublikasından üzr istəməkdir. Sonra isə istefa verməkdir. O, vurğuladı ki, hazırkı vəziyyətdə “demokratik ölkələrdəki dürüst və prinsipial insanlar” məhz bunu edirlər.
Uzun həmçinin Moldova parlamentində təmsil olunan müxalifət partiyalarını bütün mövcud konstitusiya mexanizmlərindən istifadə edərək Sanduya qarşı impiçment proseduruna başlamağa çağırıb. (Tass)
