Qarabağ kanalının Bərdə rayonu ərazisində batan şəxsin meyiti tapılıb.
Teleqraf xəbər verir ki, 1967-ci il təvəllüdlü Binnətov Rəsul İbiş oğlunun meyiti kanalın Ağcabədi rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupunun xilasediciləri meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
