İyul 16, 2026-0:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qarabağ Universiteti İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına başlayır

2026:07:15 - 17:00
in SOSİAL
A A

Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən Türkiyənin İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramını həyata keçirəcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, proqram Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində reallaşdırılacaq.

İTÜ ilə birgə həyata keçiriləcək proqram inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edəcək. Tədris İTÜ-nün proqramları əsasında ingilis dilində təşkil olunacaq. Proqrama əsasən, tələbələr ilk üç tədris ilində Xankəndi şəhərində, sonuncu tədris ilində isə İstanbul şəhərində təhsil alacaqlar. Dörd il ərzində dərslərin İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən tədris edilməsi nəzərdə tutulur.

Bildirilib ki, proqram üzrə bütün xərclər dövlət hesabına maliyyələşdiriləcək. Məzunlara həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin bakalavr diplomları təqdim olunacaq.

Proqram çərçivəsində Qarabağ Universitetində İTÜ-nün təcrübəsi əsasında laboratoriyalar yaradılacaq. Bu laboratoriyalarda həyata keçiriləcək tədris, tədqiqat və innovasiya fəaliyyətlərinin mühəndislik təhsilində yeni yanaşmaların tətbiqinə, sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə və innovativ həllərin hazırlanmasına töhfə verəcəyi gözlənilir. Proqramın məzunları əldə etdikləri nəzəri bilik və praktiki bacarıqlar sayəsində yerli və beynəlxalq əmək bazarında geniş imkanlara malik olacaqlar.

Qeyd edək ki, “QS World University Rankings 2027” reytinqinə əsasən, İstanbul Texniki Universiteti Türkiyə ali təhsil müəssisələri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.

Əvvəlki Yazı

Sabahın havası açıqlandı

Növbəti Yazı

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.