İyun 5, 2026-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını tamamilə dəyişir 

2026:06:04 - 10:46
in SİYASƏT
A A

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi, təhlükəsiz yaşayış mühitinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qaytarılması istiqamətində müasir Azərbaycanın ən mühüm strateji layihələrindən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, bu proqram təkcə sosial-humanitar təşəbbüs deyil, eyni zamanda, dövlətimizin siyasi iradəsinin, iqtisadi gücünün, milli həmrəyliyinin və gələcəyə hesablanmış inkişaf konsepsiyasının real təcəssümüdür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını tamamilə dəyişir. Müasir şəhərlər və kəndlər salınır, məktəblər, xəstəxanalar, hava limanları, yollar, elektrik, su və kommunikasiya xətləri inşa edilir, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri uğurla həyata keçirilir.

Artıq minlərlə keçmiş məcburi köçkün ailəsi doğma torpaqlarına qayıdaraq yeni həyat qurmağa başlayıb. Bu proses dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq tərəfdaşların və ictimai təşkilatların da fəal iştirakı ilə həyata keçirilir.

“Məlumdur ki, işğaldan azad olunmuş ərazilər dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirkləndirilmiş bölgələri sırasında yer alır. Buna görə də təhlükəsizlik tədbirləri, minatəmizləmə fəaliyyəti və maarifləndirmə proqramları Böyük Qayıdış prosesinin əsas prioritetlərindən hesab olunur. Ərazilərin minalardan təmizlənməsi həm yaşayış məntəqələrinin bərpasına, həm kənd təsərrüfatının dirçəldilməsinə, həm də insanların təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdışına şərait yaradır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı bir daha nümayiş etdirir ki, Azərbaycan işğalın ağır nəticələrini qısa müddətdə aradan qaldırmağa, dağıdılmış şəhər və kəndləri yenidən qurmağa və vətəndaşlarının doğma yurdlarına ləyaqətli qayıdışını təmin etməyə qadirdir.

Əminliklə demək olar ki, dövlətin güclü siyasi iradəsi, xalqın həmrəyliyi və vətəndaş cəmiyyətinin fəal iştirakı nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə regionun ən inkişaf etmiş, təhlükəsiz və rifahlı məkanlarından birinə çevriləcək”,- deyə U.Mirzəyev əlavə edib.

Əvvəlki Yazı

Tural Hacılı: “Zərgərlik məhsullarının ixracı 47 % artıb”

Növbəti Yazı

Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.