Avqust 19, 2026-15:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qarğıdalı sahələrinin sığortası başa çatır – Son 3 gün! – Şərtlər, Məbləğlər

2026:08:19 - 12:21
in İQTİSADİYYAT
A A

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində qarğıdalı sahələrinin sığortalanması başa çatmaqdadır.

Ölkəmizdə qarğıdalı əkini ilə məşğul olan fermerlər qarşıdakı 3 gün ərzində, yəni avqust ayının 20-dək Aqrar Sığorta Fonduna müraciət edərək qarğıdalı sahələrini sığortalaya bilərlər.

Xatırladaq ki, qarğıdalı ölkəmizdə buğda, arpa və pambıqdan sonra ən geniş yayılan bitkilərdən biridir. Azərbaycanın demək olar ki, bütün bölgələrində ümumilikdə 34 min hektaradək ərazidə qarğıdalı əkilir. Bu universal bitki həm dənlik, həm də yaşıl kütlə və silos məqsədilə becərilir.

Ən böyük qarğıdalı əkin sahələri Şəki-Zaqatala regionundadır. Ölkədəki qarğıdalı sahələrinin 40 faizindən çoxu, yəni 14 min hektarı bu regionun payına düşür. Bundan başqa, Qazax-Tovuz regionunda 5500 hektar, Mil-Muğan iqtisadi rayonunda 2600 hektar, Qarabağ və Mərkəzi Aran regionlarında isə 2500 hektara yaxın ərazidə qarğıdalı əkilir.

Ayrı-ayrı rayonlara gəlincə, Balakəndə 8 min hektara yaxın, Zaqatalada 4 min hektar, Tovuzda 2700 hektar, Şəmkirdə isə 2200 hektar sahədə qarğıdalı əkilir.

Qarğıdalı məhsuldar bitkidir. Statistika göstərir ki, ölkə üzrə qarğıdalı sahələrinin orta məhsuldarlığı 6,6 ton ətrafındadır. Bəzi regionlarda və rayonlarda məhsuldarlıq fərqlənir. Məsələn, Lənkəran-Astara regionunda məhsuldarlıq 3,2 ton, Mərkəzi Aran regionunda 5,4 ton olduğu halda, Mil-Muğan zonasında qarğıdalının orta məhsuldarlığı 7,5 ton, Quba-Xaçmaz regionunda isə 8,6 tona çatır.

Rayonlar üzrə isə Yevlaxda qarğıdalının orta məhsuldarlığı 10,8 ton, Beyləqanda 10,1 ton, Şabranda 9,6 ton, Culfada 9,1 ton, Qax rayonunda isə təqribən 9 ton təşkil edir.

Qarğıdalı təbiət risklərinə olduqca həssas bitkidir. Tez-tez baş verən təbiət hadisələri, xüsusilə də dolu, fırtına və qasırğa qarğıdalı sahələrinə böyük zərər vurur. Belə hadisələr baş verdikdə fermerlər gözlədikləri məhsuldan və gəlirdən məhrum olurlar.

Belə risklərdən aqrar sığorta mexanizmi vasitəsilə qorunmaq mümkündür. Ölkədə 41 növ bitki və bitki məhsulunu əhatə edən Aqrar Sığorta Fondu qarğıdalı sahələrini də sığortalayır və sığorta hadisəsi baş verdikdə fermerlərə dəymiş zərərə uyğun ödəniş edilir.

Aqrar Sığorta Fondu qarğıdalı sahələrini təbiət hadisələri – dolu, fırtına, qasırğa, sel və subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalayır.

Sığorta haqqına 50 faiz subsidiya tətbiq edilməsi, yəni sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər kiçik məbləğ ödəməklə qarğıdalı sahələrini sığortalaya bilərlər.

Belə ki, 1 000 manatlıq qarğıdalı məhsulunun sığortalanması fermerə Beyləqan və Yevlaxda cəmi 5,7 manata, Balakəndə 21 manata, Şəmkir və Tovuzda isə 14,3 manata başa gəlir.

Qarğıdalı üzrə orta məhsuldarlıq və məhsulun qiyməti nəzərə alındıqda, 1 hektar sahədən gözlənilən təqribən 2600 manatlıq qarğıdalı məhsulunu sığortalamaq, ölkənin ayrı-ayrı regionlarından asılı olaraq, fermerə 15-55 manata başa gəlir. Bu məbləğ qarğıdalının becərilməsi və ona qulluq xərclərindən dəfələrlə aşağıdır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu indiyədək qarğıdalı əkinləri üzrə böyük ödənişlər həyata keçirib. Belə ki, Fond tərəfindən indiyədək 1 486 hektar qarğıdalı sahəsinə dəymiş zərərlər üzrə ümumilikdə 777 min 231 manat aqrar sığorta ödənişi edilib. Bu ödənişlərin həcmi hər il artır.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat rəhbərlərini qarğıdalı sahələrini qorumağa və avqust ayının 20-dək sərfəli şərtlərlə sığortalamağa çağırır.

Xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya “1651” Çağrı mərkəzinə zəng etməklə almaq mümkündür.Azərtac.

Əvvəlki Yazı

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

Növbəti Yazı

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.