İyun 15, 2026-21:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

2025:12:03 - 12:10
in SİYASƏT
A A
Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında “Azerbaijan Airlines” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.

“Hadisənin cinayət hissəsi ilə Baş Prokurorluq, aviasiya insidentinin texniki araşdırması isə Nəqliyyat Nazirliyi məşğul olur. Nəqliyyat Nazirliyi artıq (öz araşdırmasının – red.) son mərhələsinə yaxınlaşıb. Hazırda mütəxəssislər xarici lisenziyalaşdırma strukturlarından – texnologiya və avadanlıqların, o cümlədən aeronaviqasiya sistemlərinin rəhbərlərindən rəy gözləyirlər. Bu sənədlər alındıqdan sonra nazirlik araşdırmanın öz hissəsini ya bu ilin sonuna qədər ya da gələn ilin əvvəlində tamamlamağa hazırdır”, – K.Bozumbayev qeyd edib.

O, cinayət araşdırmasında müəyyən irəliləyişin olduğunu vurğulayıb: “Qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ümid edirik ki, həmin ölkələrdə də aparılan təhqiqat işləri tamamlanacaq”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Əvvəlki Yazı

Azərbaycanda kənd təsərrüfatı obyektlərinin tikintisinə icazə tələb olunacaq

Növbəti Yazı

Professor: Azərbaycan həm Cənubi Qafqazda, həm də Avrasiyada siyasi təsirini artırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.