“Qazlaytinq” nədir? – psixoloq açıqlaması
Əgər qarşındakı şəxs (dost, rəfiqə, həyat yoldaşı, hansısa həmsöhbət ola bilər) sənin hislərini, düşüncələrini, etdiyin söhbətləri dəyərsizləşdirirsə və sən bundan pis olduğun zaman “burada nə var ki, hər şeyi şirdirsən” deyirsə, sən “qazlaytinqə” məruz qalmısan. Başqa sözlə, bu, çox ciddi manipulyasiyaya, zorakılığa məruz qalmaqdır. Bu kimi təsirlər davamlı olarsa, insan özündən şübhələnməyə başlayar, iradəsi zəifləyər, “bəlkə dəli oluram, ağlım gedir” kimi fikirlərlə yaşaya bilər. Cəmiyyət daha çox fiziki zorakılıqdan xəbərdardır lakin “qazlaytinq” təcavüzünün zamanla necə güclü təsir göstərməsindən xəbərsizdir. Belə insanların depressiya səbəbi ilə psixoloqlara müraciəti müşahidə edilir. Onlar, əsasən, normal adamlar və müxtəlif peşələrdə fəaliyyət göstərən insanlar olur. Özləri də bilmədən bu hiyləgər manipulyasiya illərlə məruz qalan insanlar.
Həkim, klinik psixoloq Xədicə Həbibullayeva