İyun 1, 2026-1:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qlobal Azərbaycan: həmrəylik, dövlətçilik və milli kimlik ŞƏRH

2025:12:30 - 15:15
in SİYASƏT
A A

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını, milli birliyi və qlobal miqyasda azərbaycançılıq məfkurəsinin gücünü ifadə edən mühüm ictimai-siyasi hadisədir. Bu günün dövlət bayramı kimi təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycan xalqının tarixi yaddaşını, milli kimliyini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar bir ənənəyə çevrilib. Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid mənbəyi kimi xüsusi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini və həmrəyliyini milli dövlətçiliyin əsas dayaqlarından biri kimi qiymətləndirərək vurğulayırdı ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən başlıca amil müstəqil, suveren Azərbaycan dövlətidir. Onun fikrincə, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan dövlətçiliyinə, ana dilinə, dininə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri prinsiplərə hörmət üzərində qurulmalı və daim qorunmalıdır. Bu yanaşma azərbaycançılıq məfkurəsinin ideoloji əsasını təşkil edərək diasporun milli varlığının yaşadılmasında mühüm rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi kökləri 1991-ci ilin dekabrına gedib çıxır. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu təşəbbüs qısa müddət sonra Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qanuniləşdirilib. Beləliklə, 31 dekabr bütün dünya azərbaycanlıları üçün rəsmi bayram statusu alıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, bu qərar sovet imperiyasının süqutu fonunda milli özünüdərkin güclənməsi və xalqın birliyə can atmasının siyasi ifadəsi idi: “Həmrəylik Gününün formalaşmasında Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların 1989-1990-cı illərdə sərhədlərə doğru yürüşü və süni maneələrin dağıdılması mühüm simvolik məna kəsb edir. Uzun illər ayrı düşmüş Şimali və Cənubi Azərbaycanın birləşmək arzusu həmin hadisələrdə açıq şəkildə ifadə olundu və bu proses azərbaycanlıların bir millət olduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi. Həmrəylik Günü məhz bu birləşmək iradəsinin, milli birliyin və tarixi ədalətə inamın rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və təşkilatçısı kimi xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərə xüsusi önəm verir, onların problemləri ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün strateji tövsiyələr verirdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və özünüdərk simvoluna çevrilib. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə xaricdə yaşayan azərbaycanlıların milli mənlik şüurunun güclənməsində və diaspor fəaliyyətinin institusional əsaslarının formalaşmasında yeni mərhələnin başlanğıcı oldu. Qurultaydan sonra qəbul edilən qərarlar və yaradılan dövlət qurumları dünya azərbaycanlıları ilə əlaqələrin sistemli şəkildə inkişafına imkan yaratdı. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirərək diaspor siyasətini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına, milli maraqların qorunmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir. Bu siyasi iradə diasporun vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmasına güclü stimul verib”.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının Qurultayları diaspor hərəkatının inkişafında mühüm rol oynayıb: “Xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı tarixi əhəmiyyətə malikdir. Bu qurultay Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbənin, milli birliyin və güclü dövlətçilik iradəsinin parlaq təcəssümü oldu. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərə sədaqəti möhkəmləndirən mühüm platformadır. Azərbaycan diasporu yaşadığı ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına, dövlətimizin maraqlarının qorunmasına və milli irsimizin nəsildən-nəslə ötürülməsinə mühüm töhfələr verir. Həmrəylik Günü bu baxımdan yalnız bayram deyil, qlobal miqyasda azərbaycançılıq ideyasının yaşadılması və gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyan milli birlik manifestidir”.

 

Əvvəlki Yazı

Deputat: “Şəhərsalma və Memarlıq İli”nin dərin mənəvi məzmununu düzgün anlamaq vacibdir – ŞƏRH

Növbəti Yazı

Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.