Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahı hazırlamadığına dair qəti sübut təqdim edə bilmir. MAQATE-nin baş direktoru Rafael Qrossi bunu Rusiya tərəfi ilə qurumlararası məsləhətləşmələrdən sonra bildirib.
“Burada tamamilə aydın olmaq istərdim: son illərdə ərazidə MAQATE-nin yoxlama girişinin çox məhdud səviyyədə olması, uranın zənginləşdirilməsi səviyyəsinin praktik olaraq silah səviyyələrinə qədər artması və İranın nüvə infrastruktur obyektlərinə girişimizin ciddi şəkildə məhdudlaşdırılması nəzərə alınmaqla, bu cür silahların əslində yaradılmadığına dair heç bir dəqiq və görünən dəlil təqdim edə bilmərik”, – deyə o bildirib.(Tass)
