Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, nüvə silahına malik dövlətlərin sayının artması dünyanı yaşamaq üçün daha təhlükəli bir yerə çevirəcək və bu ssenaridən qaçınmaq lazımdır.
O, Britaniyanın “The Daily Telegraph” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Bütün bunlar məni narahat edir, çünki inanıram ki, 20 və ya daha çox nüvə gücünə malik bir dünya son dərəcə təhlükəlidir”. Qrossi mümkün nüvə silahlanma yarışını “ən pis kabus” adlandırıb. “Bir anda sistemdə çat görəcəyik. Və sonra zəncirvari reaksiya başlayacaq. Bu, çox kövrək bir vəziyyətdir”, – deyə MAQATE rəhbəri qeyd edib.
Qrossi vurğulayıb ki, hazırda Avropa, Kiçik Asiya və Uzaq Şərqdəki bir neçə ölkə nüvə silahı əldə etmək ehtimalı ilə bağlı ictimai müzakirələr aparır. O əlavə edib ki, beynəlxalq sabitliyi qorumaq üçün nüvə silahının yayılmaması rejiminin dağılmasının qarşısını almaq vacibdir. (Tass)
