“Report”un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib.
İ. Mahmudovun sözlərinə görə, hazırda rayonun ərazisində 17 min hektar meyvə bağı fəaliyyət göstərir ki, bunun da 7 076,5 hektarını alma bağları təşkil edir.
“Rayonun sahibkarları Prezident İlham Əliyevin çağırışına qoşularaq Dövlət Proqramının icra müddəti ərzində müasir tipli superintensiv meyvə bağlarının sahəsinin 18,5 min hektara çatdırılması təşəbbüsü ilə çıxış ediblər. 2025-ci ildə rayonda 2 040 hektar yeni bağ salınıb, ötən il 156 min tona yaxın meyvə və giləmeyvə məhsulu tədarük olunub”.
