Avqust 6, 2026-0:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb

2026:08:05 - 17:20
in SOSİAL
A A

Quba rayonunun Səbətlər kəndi ərazisindəki son antik və orta əsrlər dövrünə aid qədim Təhməzi yaşayış yerində ilk dəfə əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhməzi yaşayış yeri 2022-ci ilin iyul və avqust aylarında Azərbaycanın şimal-şərq regionunda – Quba rayonunun Səbətlər kəndində aparılan tədqiqatlar zamanı aşkar edilib. Abidə rayon mərkəzindən 30 kilometrədək aralı, Vəlvələ çayının sağ sahilində yerləşir. Kənd əhalisinin “Təhməzi şəhər yeri” adlandırdığı bu yeni abidə indiyədək dövlət qeydiyyatına alınmayıb və bu ərazilərdə heç bir arxeoloji tədqiqat işləri aparılmamışdı.

Arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib.

Ekspedisiyanın rəhbəri, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, arxeoloji qazıntılar zamanı “Təhməzi yaşayış yeri”ndə iki kəşfiyyat quyusu qazılıb. Hər iki qazıntı sahəsindən son antik və orta əsrlərə aid müxtəlif tip keramika fraqmentləri, daş alətlər (dən daşları, çəki daşları), fauna qalıqları (quş və heyvan sümükləri) əldə edilib: “Aşkarlanan maraqlı arxeoloji tapıntılardan biri də çay daşlarından, çiy və bişmiş kərpiclərdən ibarət müxtəlif tikililərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92, hündürlüyü isə üst-üstə üç kərpic olmaqla 25-27 santimetrdir. Həmçinin 1,7-2,1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və digər artefaktlar müşahidə edilib”.

Laçın Mustafayev bildirib ki, Qubada aparılan tarixi-arxeoloji tədqiqatlar Azərbaycanın şimal-şərq regionunda antik və erkən orta əsrlərdə şəhər mədəniyyətinin yaranmasının, maddi irisin və arxeoloji abidələrin xarakterik xüsusiyyətlərinin, əhalinin təsərrüfat həyatının və sənətkarlığın müxtəlif sahələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, cari tədqiqatlar siyasi proseslər nəticəsində bölgədə müxtəlif xalqların məskunlaşmasına, köçəri xalqların miqrasiyasına, regionun müxtəlif sivilizasiyalar, o cümlədən dövlətlərlə qurulan iqtisadi və mədəni münasibətlərinə aydınlıq gətirəcək.

Əvvəlki Yazı

Azərbaycanla Qırğızıstanın müttəfiqlik münasibətləri regional əməkdaşlıqda mühüm əhəmiyyət daşıyır

Növbəti Yazı

Bir əsrlik xidmət: 107 il əmək hüquqlarının keşiyində

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.