Dövlət Sosial Müdafiə Fondu (DSMF) Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ünvanlı dövlət sosial yardımı ilə bağlı geniş maarifləndirici treninq təşkil edib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının əməkdaşları sosial yardımın təyin olunması şərtləri, gəlir meyarı, qiymətləndirmə mexanizmləri barədə geniş müzakirələr aparıblar.
Eləcə də icra nümayəndəliklərinin yerli səviyyədə ünvanlı yardım sisteminin düzgün və şəffaf tətbiqində, onların məsələyə məsuliyyətli yanaşmasının yardım proqramının səmərəli icrasında rolu barədə məlumat verilib.
Treninqin yekununda iştirakçıların sualları cavablandırılıb.
