Avqust 16, 2026-22:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

2026:08:07 - 13:02
in SOSİAL
A A

AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlər davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərdə Türkiyədən olan mütəxəssislər – Ege Universitetinin dosenti Zafer Derin, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Beydemir iştirak ediblər. Təlimlər LiDAR vasitəsilə ərazinin sahədə skan edilməsi, əldə olunan rəqəmsal məlumatların xüsusi proqramlarla emalı, nöqsanların aradan qaldırılması, rəqəmsal relyef modellərinə transformasiyası və təsnifləndirilməsini əhatə edir.

Türkiyəli təlimçilər tərəfindən Ağstafa və Gədəbəy rayonlarında azərbaycanlı arxeoloqlar üçün nəzəri və praktiki təlimlər keçirilib. Təlim iştirakçıları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən Orta və Son Tunc dövrünə aid kurqanlar və Gədəbəy rayonundakı Qafqaz Albaniyası dövrünə aid Xarxar nekropolunda LiDAR texnologiyası əsasında 3D modellərin yaradılması, skan edilmiş abidələrin rəqəmsal memarlıq təsvirlərinin emalı və sənədləşdirilməsi üsullarını mənimsəyiblər. Xarxar nekropolunda aparılan praktiki məşğələlər Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Şamil Nəcəfovun rəhbərliyi ilə həyata keçirilən xilasetmə xarakterli arxeoloji tədqiqatlar çərçivəsində təşkil olunub və abidənin rəqəmsal təsvirinin hazırlanmasına yönəlib.

Daha sonra “Keşikçidağ” qoruğunun Ağstafa şəhərindəki inzibati binasında rəqəmsal arxeologiya üzrə təlimlərin nəzəri hissəsi keçirilib. Türkiyəli təlimçilər çöl şəraitində əldə edilmiş rəqəmsal məlumatların Kompüter Təyinatlı Layihələndirmə sistemləri (AutoCAD) vasitəsilə emalı barədə biliklərini azərbaycanlı arxeoloqlarla bölüşdülər.

Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları da iştirak edirlər.

Əvvəlki Yazı

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Növbəti Yazı

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.