İyul 1, 2026-9:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Rəssam İntiqam Ağayev: İncəsənət mürəkkəb elmi mövzuları emosional dillə izah edir

2026:02:19 - 15:00
in MƏDƏNİYYƏT
A A

Bu yaxınlarda Asiman qalereyasında açılan Azərbaycan rəssamı İntiqam Ağayevin “Susuzluq” adlı yeni rəsm silsiləsinin təqdimatı keçirilib. Bu əsərlər ən aktual müasir problemlərdən biri olan suyun tükənməsinə toxunur, suyun həyat və yaddaş mənbəyi kimi rolunu vurğulayır.

Rəssam AZƏRTAC-a müsahibəsində incəsənətin ətraf mühit problemlərinin həllində oynaya biləcəyi roldan bəhs edib.

O vurğulayıb: “Zənnimcə, incəsənət təsir göstərmək üçün ən yaxşı vasitədir. O, mürəkkəb elmi mövzuları emosional dillə izah edir və onları anlaşılan hala gətirir. Adi statistika insanlara o qədər də təsir etmir, lakin izləyici şəxsən yaşamasa belə, bədii obrazlar bizə bir problemi hiss etməyə imkan verir. Bu obrazlar empatiya, narahatlıq, qorxu və hətta bəzi hallarda ümid hissi oyadır. Bu, insanları motivasiya edir, onlar dəyişməyə, hərəkət etməyə qərar verirlər”.

Müsahibimizin sözlərinə görə, incəsənət yeni dəyərləri və dəbləri – məsələn, qida məhsullarının təkrar emalını, apsaytinqi formalaşdıra, bizi nəyi və necə istehlak etdiyimizə diqqət yetirməyə ruhlandıra bilər.

“Son rəsm silsiləm olan “Susuzluq” da bu mövzudadır. Tablolarım Xəzər dənizinin dayazlaşması, Kür çayının quruması və Abşeron mənzərəsinin deqradasiyası mövzularına toxunur. İllər ərzində müşahidə etdiyim mənzərə dəyişikliklərini sürrealist şəkildə təsvir etmək yolu ilə insanları həyatımızın necə dəyişdiyinə diqqət yetirməyə təşviq edirəm. Son illərin incəsənəti, o cümlədən mənim rəsmlərimin ideyası budur; biz təbiətin fövqündə deyilik, onun bir hissəsiyik”, – deyə İntiqam Ağayev vurğulayıb.

Əvvəlki Yazı

Təranə Yusifova: Gənclərin xor sənətinə həvəs göstərməsi çox sevindirici haldır

Növbəti Yazı

Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.