Aprel 23, 2026-6:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Rəssamlar İttifaqında “Qərbi Azərbaycan” adlı sərgi açılıb

2026:04:15 - 15:29
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda istedadlı rəssam Əli İsmayıl Əliyevin “Qərbi Azərbaycan” adlı fərdi sərgisi açılıb.

Bu barədə AZƏRTAC-a Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgi haqda ətraflı məlumat verib, rəssamın rəngkarlıq əsərlərinin bədii əhəmiyyətindən danışıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək rəssamın yaradıcılığında Qərbi Azərbaycan mövzusunun xüsusi önəm daşıdığını vurğulayıb və onun əsərlərində hər zaman bu coğrafiyanın mədəniyyət abidələrinin və adət-ənənələrinin incəliklə və dəqiqliklə əks olunduğunu qeyd edib.

Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və sənətşünas Rəfail Gülməmmədli rəssamın həyat və yaradıcılığı, onun əsərlərinin bədii keyfiyyətlərindən söhbət açıblar.

Sonda rəssam Əli İsmayıl Əliyev çıxış edərək onun yaradıcılığına göstərilən dəstəyə görə Azərbaycan Rəssamlar İttifaqına və sərgidə iştirak edən şəxslərə öz təşəkkürünü bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın müxtəlif illərdə və fərqli janrlarda işlənilən 50-ə yaxın rəngkarlıq əsəri nümayiş olunur.

Sərgi aprelin 18-dək davam edəcək.

Əvvəlki Yazı

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak etdi

Növbəti Yazı

Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.