İyul 2, 2026-2:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ramil Həsən: Cənubi Qafqaz iri nəqliyyat layihələri üçün əlverişli platformaya çevrilir

2026:07:01 - 11:14
in İQTİSADİYYAT
A A
Cənubi Qafqaz regionu ümumi nəqliyyat dəhlizi rolunu oynaya biləcək iri layihələrin həyata keçirilməsi üçün əlverişli platformaya çevrilməkdədir.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Gürcüstanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün regionda yeni bir mərhələ başlayır:

“Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin yeni səviyyəyə qaldırılması istiqamətində atılan addımlar gələcəkdə Qara dəniz və Xəzər hövzələrinin sülh məkanına çevrilməsinə, iqtisadi rifahın və enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək. Əminliklə deyə bilərik ki, regionumuz ümumi nəqliyyat dəhlizi rolunu oynaya biləcək iri layihələrin həyata keçirilməsi üçün əlverişli platformaya çevrilməkdədir”.

Ramil Həsən deyib ki, bu layihələrin uğurla reallaşması üçün parlament diplomatiyası, parlamentarilərin, milli parlamentlərin və parlament assambleyalarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

Baş katib TÜRKPA ilə QDİƏT PA arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

O həmçinin süni intellekt məsələlərinin bu gün dünyada çox geniş yayıldığını və bu prosesin dövlətlərarası münasibətlərin inkişafına, eyni zamanda vətəndaşların rifahına müsbət təsir göstərməsi istiqamətində maksimal istifadə edilə bilməsi ilə bağlı həm TÜRKPA, həm də QDİƏT PA üzv ölkələrinin qanunverici strukturlarında və qanunlarda yeni düzəlişlərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Əvvəlki Yazı

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb

Növbəti Yazı

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.