İyun 15, 2026-16:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Ramin Məmmədov Ordubadda “Cümə” və “Sərşəhər” məscidlərini ziyarət edib

2025:11:04 - 10:27
in Din və fəlsəfə
A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ordubadda “Cümə” və “Sərşəhər” məscidlərini ziyarət edib.

“Report” xəbər verir ki, ziyarət zamanı məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə keçirilən görüşlərdə dövlət–din münasibətləri, dini maarifləndirmə işinin təşkili və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Dini Komitənin sədri dövlətin dinə dəstəyinin cəmiyyətin sosial və mənəvi inkişafına xidmət etdiyini qeyd edib. Bildirib ki, din insanların birgəyaşayışını təşviq edən, qarşılıqlı hörmət və anlayışa əsaslanan mühüm dəyərdir. Bəzi qrupların dinin gücündən cəmiyyətin parçalanması və qarşıdurmaların yaranması üçün vasitə olaraq istifadə etdiyini nəzərə alaraq düzgün dini təhsil və mütəmadi maarifləndirmənin aparılmasınını xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

R.Məmmədov əlavə edib ki, dövlətin həyata keçirdiyi siyasət dinlərarası dialoqun inkişafına, müxtəlif dini icmalar arasında sülhün və harmoniyanın qorunmasına yönəlib. O, din xadimlərinin bu sahədəki fəallığını, dini təbliğat və maarifləndirmə prosesində iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Din xadimlərinin peşəkar inkişaflarının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Din xadimləri vurğulayıblar ki, ölkədə dini ibadət yerlərinin bərpası dövlətin dinə qayğısının real nümunəsi olmaqla yanaşı, inanclı insanların mənəvi həyatına da müsbət təsir göstərir. Eyni zamanda, dini konfessiyalar arasında mütəmadi dialoq və əməkdaşlıq, dini maarifləndirmə tədbirləri bölgədə dini sabitliyin qorunmasına və gənclərin sağlam mənəvi ruhda yetişməsinə töhfə verir.

Görüşlərdə din xadimlərinin təklifləri dinlənilib, onları maraqlandıran müxtəlif məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Ədliyyə Nazirliyi və KOBİA sahibkarlarla görüş keçirib

Növbəti Yazı

Bahar Muradova: Qanunvericilikdə edilən dəyişikliklər ailə stereotiplərində fərq yaradıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.