“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir dövrdə baş verənlər ədalətin hüquqi və diplomatik müstəvidə təmin edilə biləcəyini təsdiqləyib:
“Azərbaycan sülhsevər ölkə kimi bu səylərə sadiqliyini göstərir və bu istiqamətdə zəruri tədbirlər həyata keçirir. Ali təhsil müəssisələri, tədqiqat institutları da elmi həqiqətıərin üzə çıxarılmasına, dünyaya çatdırılmasına üstünlük verir”.
O qeyd edib ki, BDU-da Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla ortaya çıxarılması üçün tədqiqatlar aparılır:
“Müxtəlif fakültələrdə bu yöndə işlər aparılır. Çünki tarix, hüquq, sosial-psixoloji, ekoloji, coğrafi problemlərin vahid konteksdə araşdırılması ciddi səylər tələb edir”.
