İyun 29, 2026-9:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rektor: MICA ilə imzalanan Əməkdaşlıq Memorandumu Akademiyanın yeni inkişaf strategiyasına uyğundur

2026:02:17 - 14:11
in SOSİAL
A A

Bu gün bir çox istiqamətlər üzrə, ilk növbədə, isə düzgün müəyyən edilmiş yeni inkişaf strategiyasının tələblərinə uyğun olaraq mühüm addım atıldı. Həmin strategiyada Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı xüsusi yer tutur, xüsusilə də Özbəkistanla münasibətlər prioritet istiqamət kimi müəyyən edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında akademik Urxan Ələkbərov söyləyib.

O bildirib ki, son illər bu əməkdaşlıq yeni səviyyəyə yüksəlib və artıq təhsil, analitik və elmi-tədqiqat sahələrini də əhatə edir. Bu gün Özbəkistan Prezidenti yanında fəaliyyət göstərən analitik mərkəzlə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu mərkəz regionda kifayət qədər tanınmış qurumdur.

“İmzalanmış memorandum qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə kadr hazırlığı, birgə tədqiqatların aparılması, analitik işlərin həyata keçirilməsi və təcrübə mübadiləsi əsas istiqamətlər kimi müəyyən olunub.

Bu əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkəmiz beynəlxalq statistik göstəricilərə əsasən uğurlu inkişaf nümayiş etdirir. Bu inkişafın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə müasir mərhələdə uğurla davam etdirilən yeni dövlət idarəetmə texnologiyalarına əsaslanır.

Bu texnologiyaların əsas xüsusiyyəti onların optimallığı və nisbətən az resursla yüksək nəticələrin əldə olunması ilə fərqlənir.

Bu əməkdaşlıq olduqca faydalı olacaq. Çünki tərəfdaş mərkəz həm nüfuzlu qurumdur, həm də orada çalışan mütəxəssislər yüksəkhazırlıqlı və geniş beynəlxalq təcrübəyə malik şəxslərdir.

Memorandum çərçivəsində, ilk növbədə, kadr mübadiləsi nəzərdə tutulur. Müasir dövrdə bu proses daha çevik və distant formatda həyata keçirilə bilər. Yaxın günlərdə əməkdaşlığın praktiki mərhələsinə start veriləcək”,- U. Ələkbərov vurğulayıb.

Əvvəlki Yazı

“Print media istehsalı və texnologiyası” – yeni dərs vəsaiti

Növbəti Yazı

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası 2 ildən 6 aya endirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.