16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Rektor: Ümid edirik ki, bu il daha çox tələbə Qarabağ Universitetini seçəcək

Ümid edirik ki, bu il daha çox tələbə Qarabağ Universitetini seçəcək.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçında keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, yeni tədris ili ilə bağlı hazırda ixtisas seçiminin nəticələrini gözləyir: “Ötən tədris ilində universitetə 1269 tələbə qəbul olunub. Hazırda onlar 6 fakültə 19 ixtisas üzrə təhsil alırlar. Biz universitet olaraq məsuliyyəti başa düşürük. Tələbələrimizi elə yetişdirmək istəyirik, Qarabağda oxumağın, işləməyin məsuliyyətini daha yaxşı mənimsəsinlər”.