ABŞ kəşfiyyat orqanları ABŞ-da mülki infrastruktura, xüsusən də su təchizatı və çirkab su sistemlərinə qarşı kiberhücumların sayında əhəmiyyətli dərəcədə artım qeydə alır. Bu barədə Reuters agentliyi ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin mütəxəssislərinin sözlərinə görə, hücum edənlər infrastruktur nəzarət sistemlərini daha effektiv şəkildə sındırmaq üçün yeni texnologiyalardan da istifadə etməyə başlayıblar. Kibertəhlükəsizlik Agentliyi infrastruktur operatorlarını hakerlər tərəfindən sistemləri ələ keçirmək üçün istifadə edilə biləcək ictimaiyyətə açıq məlumatları silməyə çağırıb. (Tass)
