Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki ən böyük Amerika hərbi bazası olan Qətərdəki Əl-Udeid Hava Bazasındakı bəzi qoşunların təxliyə edilməsini tövsiyə edib. Bu barədə Reuters diplomatlara istinadən məlumat yayıb.
Onların məlumatına görə, hərbçilər 15 yanvar axşamına qədər bazanı qismən tərk edə bilərlər.
ABŞ prezidenti Donald Tramp əvvəllər İrana qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. İslam Respublikası Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qeyd etmişdi ki, ABŞ hücumu halında Tehran İsrailə və Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə zərbə endirəcək.
