Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda deyilir: “Bu gün biz Rusiya diplomatının akkreditasiyasını ləğv etməklə cavab tədbirləri görürük”. Qeyd olunur ki, qərar Britaniya diplomatının Moskvadan qovulmasına cavab olaraq verilib. Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, “Rusiyanın bundan sonrakı hər hansı bir hərəkəti gərginləşmə kimi qəbul ediləcək və müvafiq cavab alacaq”.
