Vaşinqton administrasiyası bu cür təmasların Ukraynadakı münaqişənin həllinə kömək edəcəyi təqdirdə Rusiya rəsmiləri ilə görüşməyə hazırdır. Bu barədə çərşənbə günü jurnalistlərə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik. “Mənim [Rusiya xarici işlər naziri] Sergey Lavrovla yaxşı telefon danışığım oldu. Və biz bu əsasda [işləməyə] davam edəcəyik”, – dövlət katibi əlavə edib. Rubio Ukraynada nizamlanmaya toxunaraq, “Sülh əldə etmək imkanı olarsa, biz həmişə təmaslarda maraqlı olacağıq” deyib. (Tass)
