ABŞ və Rusiya dünyanın ən böyük nüvə gücləri kimi, fikir ayrılıqlarına baxmayaraq, dialoqu davam etdirməlidirlər; ünsiyyət qurmamaq ehtiyatsızlıq olardı. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Biz planetin ən böyük nüvə gücləriyik. Ünsiyyət qurmamaq bizim üçün ehtiyatsızlıq və məsuliyyətsizlik olardı. Hətta fikir ayrılığımız olan sahələr olsa belə, Rusiya hökuməti ilə münasibətlərimizi qorumalıyıq”, – deyə o, Manilada keçirilən Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitinin kənarında jurnalistlərə bildirib. (Tass)
