ABŞ və bütövlükdə Qərb Ukrayna münaqişəsi həll olunana qədər Kiyevə təhlükəsizlik zəmanəti vermək niyyətində deyil. Bu barədə ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio bildirib.
O, həmçinin Volodymyr Zelenskinin Kiyevin yalnız Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxması halında təhlükəsizlik zəmanəti alacağı barədə dediklərini yalan adlandırıb. “Bu, yalandır. Mən onun bunu dediyini gördüm. Onun bunu deməsi təəssüf doğurur. Çünki o, bunun doğru olmadığını bilir və ona bu barədə məlumat verilməyib”, – deyə ABŞ diplomatı bildirib.
Rubio Fransada keçirilən G7 Xarici İşlər Nazirlərinin Görüşündə iştirak etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada vurğulayıb ki, “Ona açıq-aydın bir şeyi deyiblər: təhlükəsizlik zəmanətləri müharibə bitənə qədər qüvvəyə minməyəcək. Çünki əks halda, siz müharibəyə cəlb olunacaqsınız”. (Tass)
