ABŞ dövlət katibi Marko Rubio, hazırkı vitse-prezident J.D. Vens namizədliyini irəli sürmək niyyətində olduğunu açıqladığı təqdirdə, 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır. Bu barədə Associated Press (AP) dövlət katibinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrinə görə, Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində dəfələrlə Vensə tabe olmaq niyyətini bildirib. Eyni zamanda, AP-nin qeyd etdiyi kimi, Rubio Dövlət Katibi və Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışarkən son aylarda Ağ Evin Milli Təhlükəsizlik Şurasında əsas vəzifələrə əməkdaşlarını yerləşdirməklə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. (Tass)
