Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, mənşəyi məlum olmayan pilotsuz təyyarə gecə saatlarında Tulça qraflığında qəzaya uğrayıb.
“Saat 3:21-də PUA Qalati şəhərindən təxminən 13 kilometr aralıda milli hava məkanına daxil olub”, – deyə açıqlamada bildirilir. “Saat 3:24-də IAR-330 SOCAT helikopterinin heyəti hədəfin Qrindu kəndindən (Tulça qraflığı) təxminən 4 kilometr şimal-şərqdə, yaşayış olmayan əraziyə düşdüyünü bildirib. Qəzadan sonra öz-özünə sönən yanğın baş verib. Tələfat və ya maddi ziyan qeydə alınmayıb”.
Müdafiə Nazirliyi bildirir ki, saat 2:23-də Müdafiə Nazirliyinin radarları Ukrayna sərhədi yaxınlığında bir qrup PUA aşkar edib. İspaniya Aerokosmik Qüvvələrinə məxsus iki F-18 təyyarəsi və Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus bir IAR-330 SOCAT helikopteri vəziyyəti izləmək üçün havaya qaldırılıb. Ərazidəki hava hücumu xəbərdarlığı saat 3:52-də ləğv edilib.(Tass)
