May 2, 2026-5:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rustavidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

2026:02:24 - 14:05
in SİYASƏT
A A

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mərkəzin direktoru Raidə Dərziyeva XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Mərkəzin direktoru həmin müdhiş gecədə törədilənləri Rusiya imperiyasının 366-cı alayının vəhşi daşnaklarla birgə həyata keçirdikləri ən qanlı aksiya adlandırıb.

“Dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı xalqımıza qarşı törədilmiş bu vəhşiliyi unutmamalı, təkcə xocalıların deyil, bütün şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıdır”, – deyə R.Dərziyeva bildirib.

Sonra ziyalılardan Rafiq Hümmət, Bəhram İsayev və digərləri 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusunun tariximizə əsl Zəfər dastanı yazdığını qeyd ediblər. Bildirilib ki, bu qələbə ilə şəhidlərimizin qisası alınıb, düşmənə layiqli cavab verilib.

Daha sonra Mərkəzin Azərbaycan dili kursunun şagirdi Lalə Mehdiyeva “Xocalı – daim sızlayan yaramız” adlı esse təqdim edib.

Şagirdlər Xocalı Soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda bu ağır faciə ilə bağlı qısametrajlı film nümayiş olunub.

Tədbirdə Rustavi şəhər ziyalıları, valideynlər, Mərkəzin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlki Yazı

ADSEA: Azərbaycanda su istifadəçilərinin yarısı Bakı və Abşeronda yaşayır

Növbəti Yazı

Riad Axundzadə: “Qarabağda artezian quyuları mərhələli şəkildə bağlanacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.