NATO hesab edir ki, ABŞ-ın İrana son hücumları “tamamilə zəruri” idi. Bu barədə NATO-nun baş katibi Mark Rutte NATO sammitinə gələrkən jurnalistlərə bildirib.
“Mən onları tamamilə zəruri hesab edirəm. Gəmilərə hücum edildikdən sonra ABŞ-ın cavab verməsinin vacib olduğunu düşünürəm”, – deyə Rutte bildirib. O, həmçinin Hörmüz boğazının açılmalı olduğunu da bildirib.
İyulun 8-də ABŞ İrana qarşı bir sıra yeni hücumlar elan etdi. Bu hücumların guya İranın icazə vermədiyi marşrutlarla Hörmüz boğazından keçməyə çalışan tankerlərə hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilir.
