NATO-nun baş katibi Mark Rutte Ankarada keçiriləcək NATO sammitindən əvvəl Avropanın “Politico” nəşrinə müsahibə verib. Müsahibə, demək olar ki, tamamilə ABŞ prezidenti Donald Trampa qarşı tərif dolu idi.
Hətta qəzetin özü də preambulada Ruttenin “Amerika prezidenti üçün yeni isti sözlər tapdığını” vurğulayıb.
Nəşr qeyd edir ki, “Bu, ABŞ prezidentinin siyasətinin hər bir aspektinin tam tərifi idi”.
“NATO Trampın hər şeydə haqlı olduğunu etiraf etməlidir”, – deyə Rutte başladı. “Mən onu sevirəm, bu adamın etdiyi hər şey NATO üçün əla xəbərdir.”
Rutte iddia edirdi ki, NATO ölkələrini müdafiə xərclərini artırmağa məcbur edəndə, silahlı qüvvələrinin modernləşdirilməsini tələb edəndə və İranı bombalayanda “Tramp haqlı idi”. (Tass)
