İyun 25, 2026-6:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Səfir: Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə liderlər sırasındadır

2025:11:03 - 10:20
in SİYASƏT
A A
Hazırda Ukrayna ali təhsil müəssisələrində 5 mindən çox azərbaycanlı tələbə təhsil alır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkədə paylaşımında qeyd edilib.

“Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə liderlər sırasındadır. Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, 5 mindən çox azərbaycanlı tələbə ali təhsil almaq üçün Ukrayna universitetlərini seçib”, – diplomat bildirib.

O əlavə edib ki, statistik məlumatlara əsasən, Ukraynaya ən çox xarici tələbə Çindən (6 846 nəfər) gəlir. İlk üçlüyə həmçinin Azərbaycan (5 017 tələbə) və Gürcüstan (1 081 nəfər) daxildir. Sonrakı yerlərdə Hindistan (930), Mərakeş (723) və Türkiyə (636) qərarlaşıb.

“Ukraynanın Bakıdakı səfirliyi azərbaycanlı tələbələrə Ukrayna təhsilinə göstərdikləri etimad və marağa görə təşəkkürünü bildirir. Diplomatik missiya “Study in Ukraine” təşəbbüsünün direktoru Yelena Şapovalova və onun komandası ilə birlikdə iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində işləri davam etdirməyi planlaşdırır”, – paylaşımda qeyd olunub.

Əvvəlki Yazı

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Növbəti Yazı

“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.