Aprel 19, 2026-17:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şəhid atası: Oğlumun qanı ilə sulanan torpaqlarımız bu gün azaddır

2025:10:03 - 14:52
in SİYASƏT
A A

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Əliyev Camal Mehman oğludur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Camal Mehman oğlu Əliyev 2000-ci il dekabrın 17-də Cəlilabad şəhərində anadan olub. Uşaqlıq illərindən vətənpərvərliyi, səmimiyyəti və dürüstlüyü ilə tanınan Camal həm ailəsinin, həm də onu tanıyan hər kəsin qəlbində dərin iz buraxmışdır. Böyüdükcə Vətən sevgisi onun düşüncələrində daha da möhkəmlənmiş, Azərbaycan əsgəri olmaq və torpaqlarımızı qorumaq onun ən böyük arzularından birinə çevrilmişdir.

Şəhid Camal Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı xüsusi təyinatlıların tərkibində ön xəttə yollanıb. Ən ağır döyüşlərin getdiyi Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda xüsusi igidlik göstərib. Şəhid Camal müharibənin ən ağır anlarında belə qorxmazlığı, Vətən sevgisi və mübarizə əzmi ilə silahdaşlarına daim nümunə olub.

Camalın atası Mehman Əliyev qürurla qeyd edir ki, oğlu uşaqlıqdan Vətəninə bağlı, mərd və iradəli gənc olub. Hər zaman Vətən sevgisi ilə seçilib, dostları və yaxınları arasında nümunəvi davranışları ilə tanınıb. Onun ən böyük arzusu Qarabağın azadlığını görmək idi: “Camalın qəhrəmanlığı bizim üçün böyük fəxrdir. Onun kimi oğlum olduğu üçün qürur duyuram. Onun qanı ilə sulanan torpaqlarımız bu gün azaddır, bayrağımız o müqəddəs zirvələrdə dalğalanır. Biz Camalımızla fəxr edirik, o, yalnız bizim deyil, bütün Azərbaycanın oğludur. Qəhrəmanlarımız sayəsində bu gün Vətən torpaqları azaddır, şəhidlərimizin ruhu rahatdır. Onlar Azərbaycan tarixinin əbədi qəhrəmanlarıdır”.

Qeyd edək ki, Camal Əliyev oktyabrın 13-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, ölümündən sonra müxtəlif orden və medallarla təltif olunub, adına küçə verilib. Camal Əliyevin adı təhsil aldığı məktəbdə daim ehtiramla yad edilir, xatirəsi hər zaman uca tutulur.

Əvvəlki Yazı

Vətən müharibəsinin iştirakçısı: Torpağı qanla, Vətəni isə sevgi ilə qoruyurlar 

Növbəti Yazı

Leyla Əliyevanın təşəbbüsü ilə Xəzərə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.