İyul 9, 2026-18:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şəkidə 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

2025:09:23 - 16:02
in İQTİSADİYYAT
A A

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə hazırlıq işləri davam etdirilir. Cari mövsümdə rayonda 21 min hektarı buğda, 39 min hektarı arpa olmaqla, 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək təsərrüfatlarda 42 min hektar sahədə şum qaldırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorundan məlumat verilib.

Qurumdan bildirilib ki, səpin aparılacaq sahələrin 14 min 550 hektarı suvarılan, 45 min 450 hektarı isə dəmyə torpaqlardır. Payızlıq dənlilərin səpini üçün 11 min 950 ton arpa və buğda toxumu tələb olunur. Hazırda rayonda fəaliyyət göstərən özəl taxıl toxumçuluq təsərrüfatında mövsümə ciddi hazırlıq işləri görülür. Toxum məqsədilə istehsal olunmuş taxıl təmizlənir, kondisiyaya çatdırılaraq dərmanlanır və satışa hazırlanır. Şəkidə payızlıq dənlilərin səpininə oktyabrın birinci ongünlüyündə başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, builki mövsümdə rayonda 59 min 939,1 hektar sahənin məhsulu biçilib, 171 min 262,3 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 28,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 20 min tona yaxın artıb.

Əvvəlki Yazı

Qazaxıstan Azərbaycanla metallurgiya sahəsində əməkdaşlığı genişləndirir

Növbəti Yazı

Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum sərgi-satış yarmarkası təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.